
Prezident Arif Ağayevə yüksək vəzifə verdi - FOTO

Azərbaycan Prezidentinin sərəncamı ilə “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib.
Metbuat.az xəbər verir ki, Arif Ağayev ADY sədrinin müavini vəzifəsinə təyin edilib.
Arif Ramiz oğlu Ağayev 1980-ci ildə anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bakalavr, 2002-ci ildə isə magistratura proqramını fərqlənmə ilə bitirib. 2011-2012-ci illərdə Böyük Britaniyanın Kembric Universitetində Biznesin idarə edilməsi üzrə magistr dərəcəsi alıb.
2023-cü ilin iyun ayından ADY sədrinin müşaviri vəzifəsində çalışan Arif Ağayev sərmayələrin idarə olunması, beynəlxalq maliyyə qurumları ilə əlaqələr və strateji hədəflərin icrasına nəzarətə məsul olub. ADY-də çalışdığı müddətdə Arif Ağayev əməliyyat səmərəliliyi və sərmayələr proqramlarına rəhbərlik edib.
Oxşar xəbərlər

Prezident Arif Rəhimzadə ilə bağlı sərəncam verdi
Son Xeberler

Prezident ona yüksək vəzifə verdi - FOTO
Bugun.az

Prezident Vüqar Süleymanova yüksək vəzifə verdi -
Son Xeberler

Prezident Məmmədyarova yüksək vəzifə verdi
Bugun.az

Yüksək vəzifə verilən Gülməmmədov onun qardaşı imi...
Bugun.az

Şahin Bağırov generala yüksək vəzifə verdi - FOTO
Bugun.az