🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

Pərviz Şahbazov COP29-da dəstəklənməsi vacib olan təşəbbüsləri açıqladı

12.11.2024 09:25 11 baxış sayı 2 dəq. oxuma
Pərviz Şahbazov COP29-da dəstəklənməsi vacib olan təşəbbüsləri açıqladı

COP29 Sədrliyinin maliyyə ilə yanaşı, “Yaşıl Enerji üzrə Zona və Dəhlizlər Öhdəliyi”, “Qlobal Enerji Anbarları və Şəbəkələri Öhdəliyi” və “Hidrogen Bəyannaməsi” təşəbbüslərinin dəstəklənməsi kritik əhəmiyyət kəsb edir.

Metbuat.az xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov COP29 çərçivəsində “Nazirlər dialoqu: Bərpaolunan mənbələrin üçqat artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üçün investisiyaların genişləndirilməsi” mövzusunda keçirilən tədbirdə deyib.

“Azərbaycanın Qarabağ-Şərqi Zəngəzur və Naxçıvan yaşıl enerji zonaları, müxtəlif regionlar, istehsal-istehlak mərkəzləri arasında elektrik enerjisi əlaqələrinin qurulması təcrübəsinin geniş arealda tətbiqi, həmçinin qlobal enerjinin saxlanılması potensialının altı dəfə artırılaraq 2030-cu ilə qədər 1500 qiqavata çatdırılması, 2040-cı ilə kimi enerji sisteminə ümumilikdə 80 milyon kilometrdən çox elektrik şəbəkəsinin əlavə edilməsi və ya təkmilləşdirilməsi məhz Qlobal Bərpa Olunan Enerji və Enerji Səmərəliliyi Vədinin uğurunu təmin edəcək həllərdir”, - deyə P.Şahbazov vurğulayıb.

Paylaş: