
Pensiyalar bu tarixdən artımla ödəniləcək

"Fevralın 1-dən minimum pensiyalar 320 manata çatdırılır və bu, 14 % artım deməkdir".
Metbuat.az xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov DOST TV-nin efirində deyib.
O bildirilib ki, Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bərabər müəyyən sahələrdə çalışan şəxslərin də əməkhaqqının artırılması nəzərdə tutulub.
“Yanvarın 1-dən əmək pensiyaları əvvəlki ildə orta aylıq nominal əməkhaqqının orta tempinə uyğun indeksləşdirilir. Bu indeksləşmə də nəzərə alındıqda minimum əməkhaqqının arıtırılması, pensiyaların indeksləşdirilməsi 1 milyon 100 min insanı əhatə edəcək. Proqnozlarımıza görə, 1 milyondan artıq insan bundan yararlana biləcək. 2018-ci ildə müavinət və təqaüdlərin maliyyələşdirilməsi xərci 430 milyon manat civarında idi. Bu rəqəm 2024-cü ilin sonunda 2 milyard manata çatıb. Burada 5 dəfəlik artım var”, - deyə sədr qeyd edib.
Oxşar xəbərlər

DSMF: Oktyabr pensiyaları ödənilib
Bugun.az

Pensiyaların Ödənilmə Tarixi Açıqlandı
Bugun.az

Pensiya artımı ilə bağlı vacib məlumat
Bugun.az

Fevralın pensiyası artımla bu tarixdə veriləcək
Bugun.az

Gələn ildən pensiyalar artırılacaq
Son Xeberler

Bu ərazilərdə böyük söküntü olacaq - İDDİA
Bugun.az