Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Pakistan Prezidenti Sahibə Qafarovanı qəbul etdi

13.10.2025 17:25 20 baxış sayı 1 dəq. oxuma Metbuat
Pakistan Prezidenti Sahibə Qafarovanı qəbul etdi

Bu gün Pakistan Prezidenti Asif Əli Zərdari Milli Məclisin sədri Sahibə Qafarova və Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşu qəbul edib.

Metbuat.az-ın xəbərinə görə, bu barədə N.Kurtulmuş "X"də yazıb.

"Pakistan Prezidenti Asif Əli Zərdariyə qəbula görə təşəkkür edirəm və ümid edirəm ki, səfərimiz Türkiyə ilə Pakistan arasında dostluğu möhkəmləndirəcək və bütün sahələrdə əməkdaşlığımızı daha da inkişaf etdirəcək", - o bildirib.

Xatırladaq ki, bu gün İslamabadda Azərbaycan-Pakistan-Türkiyə parlament sədrlərinin 3-cü üçtərəfli görüşü keçirilib.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: