
"Özünə iş tapmayanlar efiri işğal edib" -Xalq artist

"Səsi, sənəti olan adamın həmişə böyük abır-həyası olur. İndi səsi olmayanlar dəbdədir. Onlar yalnız efirdə çayxana söhbətləri edirlər. İstər kişisi, istərsə də qadını. Biri-birlərini tərifləyirlər, şabaş verirlər. Bizim vaxtımızda bele şeylər ayıb idi".
Metbuat.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Zaur Rzayev "Günə bax" verilişində deyib. Sənətçi səsi olmayanların efiri işğal etdiyini bildirib:
"O vaxt rayondan toy danışmağa gəlirdilər. Deyirdik ki, nə danışmaq, əsas o günə boş olaq. Pul danışmırdıq, deyirdik ki, nə istəsən verərsən. Amma indi heç yerdə özünə iş, sənət tapmayanlar gəlib efiri işğal edib. Oğlanlar var ki, boyu 2 metrdir. Dərnəgüldə körpünün altında dayanır, günü 30 manata iş axtarır. Amma bizdə qızlar var ki, saçına, gözünə əl gəzdirir, onu oraya, bunu da buraya qoyur, özünü düzəldir və deyir ki, toya 7 minə gedirəm. Mənim ağıllı xalqım, onlara verilən pulu kəsin, kasıbla, yetimlə paylaşın".
Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Azərbaycanda bu kanalların efiri dayandırıldı -
Son Xeberler

Gülüstan Əliyeva özünə ad günü etdi - FOTO
Bugun.az

Röyal, Tünzalə Əliyevanın yanında dəfn olunmaq ist...
Bugun.az

"Siyavuşla Ofeliyanı Çingiz öldürdü" -
Şou Xəbər

Əməkdar artist vəfat etdi
Son Xeberler

Ağadadaş Ağayevdən Əməkdar artistə sərt ifadələr...
Bugun.az


