🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Osimhendən “Qalatasaray”a möhtəşəm jest - Sərvət təklif edildi

10.02.2025 07:25 26 baxış sayı 1 dəq. oxuma
Osimhendən “Qalatasaray”a möhtəşəm jest - Sərvət təklif edildi

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun icarə əsasında “Qalatasaray”da oynayan Viktor Osimhen üçün irəli sürdüyü təklifin detalları məlum olub.

Metbuat.az xəbər verir ki, ərəblər “Napoli”yə 80 milyon avro, futbolçunun özünə isə 30 milyon avro təklif edib. “Cronache di Napoli”nin iddiasına görə, nigeriyalı hücumçu mövsümün fasiləsində irəli sürülən təklifi rədd edib. Bildirilir ki, Osimhen mövsümün sonuna qədər “Qalatasaray”da qalmaq istədiyini və klubla çempion olmaq istədiyini ifadə edib.

Qeyd edək ki, Viktor Osimhenin sərbəst qalma məbləği 75 milyon avrodur. Bundan əvvəl “Mançester Yunayted” mövsümün fasiləsində Viktor Osimheni transfer etmək üçün səy göstərib. “Mançester Yunayted”in təklifi maddi baxımdan yüksək olsa da, Osimhen təklifi qəbul etməyib. Osimhen "Mançester Yunayted"in təklifinə cavab olaraq "Napoli"nin idman direktoru Covanni Mannaya mövsümün sonuna qədər "Qalatasaray"da qalmaq istədiyini bildirib.

Paylaş: