
Onlar test imtahanı verdilər

Dekabrın 15-də Dövlət İmtahan Mərkəzi (DİM) Hakimlərin Seçki Komitəsi ilə birgə hakim vəzifəsinə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.
Metbuat.az xəbər verir ki, imtahan DİM-in elektron imtahanlar korpusunda təşkil olunub.
Namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olublar. Nəticələr həmçinin sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 329 nəfərdən 4 nəfər imtahana gəlməyib. 211 nəfər 60 və daha yüksək bal toplamaqla müsabiqə şərtini ödəyərək növbəti mərhələyə buraxılıb.
İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 23 – 25 dekabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində (Ünvan: Bakı şəhəri, Akad., H.Əliyev küçəsi, 299) fəaliyyət göstərəcək.
Oxşar xəbərlər

Müəllimliyə imtahan vermək istəyənlərin
Son Xeberler

Dövlət qulluğuna qəbul üçün sınaq imtahanı keçiril...
Son Xeberler

Bu gün taksi sürücüləri imtahan verəcək
Xəbər Anı

Taksi sürücüləri üçün imtahanda 662 namizəd uğur q...
Bugun.az

Dövlət qulluğuna qəbul imtahanında 265 namizəd uğu...
Bugun.az

Bu şəxslərin nəzərinə:
Son Xeberler