🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

"Nürnberq” klubu Mahir Emreli ilə bağlı qərarını verdi

12.02.2025 20:25 19 baxış sayı 2 dəq. oxuma
"Nürnberq” klubu Mahir Emreli ilə bağlı qərarını verdi

Azərbaycan millisinin futbolçusu Mahir Emreli növbəti dəfə komandasını dəyişəcək.

Metbuat.az Futbolinfo.az-a istinadən xəbər verir ki, Almaniyanın "Nürnberq” klubunun formasını geyinən 27 yaşlı hücumçu orada da çox qalmayacaq.

Ötən ilin yayında Zaqreb "Dinamo”sundan II Bundesliqa klubuna keçən forvard məşqçilər korpusunun ümidlərini doğrutmur. Üstəlik, Emrelinin komanda yoldaşları ilə münasibəti də ürəkaçan deyil. "Nürnberq” rəhbərliyi onu qış fasiləsində də yola sala bilərdi. Lakin hücum xətti üçün düşünülən futbolçular alınmadığından, Mahir mövsümün sonuna qədər komandada qalacaq.

Almanlar millimizin üzvü ilə yayda yolları ayırmağı planlaşdırır. Hücumçunun "Nürnberq”lə müqaviləsi mövsümün sonuna qədər olsa da, klubun sözləşməni daha bir il uzatmaq hüququ var. Ancaq nürnberqlilər bu imkandan yararlanmayacaqlar və Emreli azad agent kimi komandanı tərk edəcək.

Qeyd edək ki, Mahir Emreli son 4 ildə ardıcıl olaraq "Legiya”, "Dinamo” (Zaqreb), "Konyaspor” və "Nürnberq”də legioner həyatı yaşayıb.

Paylaş: