Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Nura Suri efirə bu şərtlə çıxacaq

12.01.2025 11:25 127 baxış sayı 2 dəq. oxuma Metbuat
Nura Suri efirə bu şərtlə çıxacaq

Müğənni Nura Suri verilişlərə çıxmamasının səbəblərini açıqlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında yazıb.

Müğənni buna başlıca səbəb kimi müzakirə edilən mövzuları göstərib.

"Bütün kanallardan dəvət alıram, problem bu deyil. Hətta dəvət alsam da, bayram konsertlərinə də qatılmadım. Birinci, məni qane etməyən məsələ verilişlərdə danışılan mövzulardır. İllərdir efirdə eyni mövzuları müzakirə etməkdən bezmişəm və utanıram hətta. Daha maraqlı və dərin söhbətlərə ehtiyac duyuram.

Aparıcılar 3-4 qonaq dəvət edib, verilişin yarısını reklamlara həsr edirlər. Qonaqlar sanki boşluğu dolduran maket kimidir. Aparıcılar sosial şəbəkələrdə paylaşıb reytinq yığmaq üçün məşhurlardan istifadə edirlər və çox vaxt onları məsxərə obyektinə çevirirlər.

Mən hər hansı bir verilişə çıxıb özümü olduğum kimi tanıtmaq imkanı görmürəmsə, hətta olmadığım kimi tanıdılıb, sonra sosial şəbəkələrdə (kəsib-doğrayıb dediklərimi kontekstdən çıxararaq) təhqir olunmaq üçün istifadə edilirəmsə, mənə belə məşhurluq, efir lazım deyil.

Mən öz sosial şəbəkə hesablarımda məni izləyən, dostluğumda olan insanlar üçün yazıb fikirlərimi və gördüyüm işləri paylaşıram. Bu məni qane edir", - deyə ifaçı bildirib.

Nura Suri verilişlərə getmək üçün şərtini də açıqlayıb:

"Məni olduğum kimi təqdim edə biləcək, fikirlərimi kəsib doğramadan olduğu kimi, fərqli mövzuları müzakirə etmək üçün (əlavə qonaq olmadan) verilişə dəvət etmək istəsəniz, gələrəm".

E
Telekom müxbiri

Telekommunikasiya və 5G texnologiyaları üzrə jurnalistəm. Azərbaycanın rəqəmsal infrastrukturunun inkişafını yaxından izləyirəm.

Bütün məqalələrə baxın
Paylaş: