Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Növbəti dezinformasiyanın yayılmasının qarşısı alındı - DİN

10.11.2024 11:25 166 baxış sayı 1 dəq. oxuma Metbuat
Növbəti dezinformasiyanın yayılmasının qarşısı alındı - DİN

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycana qarşı növbəti dezinformasiyanın yayılmasının qarşısını alıb.

Metbuat.az xəbər verir ki, DİN sosial şəbəkədə İraqda fəaliyyət göstərən “Rudaw” telekanalının səhifəsində Azərbaycana qarşı həqiqəti əks etdirməyən məlumata cavab verib.

Belə ki, telekanalın səhifəsində Bakıda küçədən partlayıcı qurğunun tapıldığı iddia edilib.

“Yolun kənarında aşkarlanan bağlama yemək çatdırılması ilə məşğul olan şirkətlərdən birinə aid olub”, - DİN-dən bildirilib.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: