
Norveçdə qohumla evlənənlər 3 il həbs olunacaq

Norveç hökuməti qohum evliliyi ilə mübarizədə daha sərt mövqe tutur. Ölkə parlamenti bu halların qarşısını almaq üçün yeni qərar qəbul etdi. Bundan sonra əmisi, dayısı və xalasının övladları ilə evlənənlər ciddi cəzalarla üzləşəcəklər.
Qərarı pozan cütlüklərə üç il müddətinə azadlıqdan məhrumetmə tətbiq ediləcək. Norveç qanunla qohum evliliyini qadağan etsə də, bu hələ də böyük bir problem olaraq qalır. Son illərdə ABŞ və Avropa ölkələrində, o cümlədən Norveçdə bu tendensiya geniş yayılıb. Norveçdə vəziyyət daha qabarıq şəkildə özünü göstərir.
Qanuni qadağalara baxmayaraq, insanlar fərqli yollarla bu izdivaca girirlər. Məlumatlara görə, bir çox vətəndaş qanuni nikahdan yayınaraq dini nikah yolu ilə əlaqəyə girirlər. Yeni qəbul edilən qanuna əsasən, bu cür hallar aşkarlandıqda cütlüklər avtomatik olaraq 3 il həbs cəzasına məhkum ediləcəklər. Bu qərar Norveçdə qohum evliliyinə qarşı tətbiq edilən ən sərt tədbir hesab edilir.
İnsan hüquqları və vətəndaş cəmiyyəti mövzularında ixtisaslaşmışam. Bu sahədə qeyri-hökumət təşkilatlarında da işləmişəm.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Hakerlər Norveçdə bəndə kiberhücum etdi
Bugun.az

190 maral göldə boğuldu
Xəbər Anı

“Qarabağ”ın iki avrokubok matçını bu kanal yayımla...
Xəbər Anı

XİN-in daha 2 yüksək rütbəli əməkdaşı həbs edildi...
Son Xeberler

"Qarabağ"ın Avropa Liqasındakı Oyunları İctimai Te...
Bugun.az

Jair Bolsonaro həbs edildi
Bugun.az


