
NİİM məlumat yaydı -Bu yollarda sıxlıq var

Hazırda Bakıda sıxlıq olan yolların siyahısı açıqlanıb.
Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
2. Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısından "Qara Qarayev" metro stansiyası istiqamətində;
3. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində sıxlıq müşahidə olunur.
Həmçinin qeyd edilib ki, paytaxtda mövcud hava şəraiti ilə bağlı sürücü və piyadaların təhlükəsiz hərəkətini təmin etmək məqsədilə polis əməkdaşları gücləndirilmiş iş rejimində çalışır və svetoforlar daim nəzarətdə saxlanılır.
Bildirilib ki, yolların buz bağlaması, yol-nəqliyyat hadisələrinin baş verməsi, texniki nasaz avtomobillərin yolda qalması istisna edilmir. Bu səbəblərdən yaranan nəqliyyat sıxlığının vaxtında aradan qaldırılması, rahat və təhlükəsiz hərəkət üçün tədbirlər görülür.
Oxşar xəbərlər

Bakıda bu yolda sıxlıq yarandı - FOTO
Bugun.az

Sürücülərin nəzərinə -Bu yolda sıxlıq var
Bugun.az

Bu yollarda tıxac var - SİYAHI
melumat.tv

Sürücülərin nəzərinə -Bu yollarda tıxac yarandı
Bugun.az

Bu yollarda tıxac var - SİYAHI
Bugun.az

Bakıda bu yollarda tıxac var - SİYAHI
Bugun.az