Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Netanyahudan Livandakı hərbi əməliyyatlar barədə açıqlama

14.10.2024 18:25 160 baxış sayı 1 dəq. oxuma Metbuat
Netanyahudan Livandakı hərbi əməliyyatlar barədə açıqlama

İsrailin baş naziri Benyamin Netanyahu Livanda aparılan hərbi əməliyyatlar barədə açıqlama verib.

Metbuat.az xəbər verir ki, Netanyahu Hayfa şəhərinin cənubunda PUA hücumunun hədəfi olan Qolani təlim bazasını ziyarət edib. O bazadakı açıqlamasında bildirib ki, İsrail ordusu paytaxt Beyrut da daxil olmaqla bütün Livana zərbələr endirməyə davam edəcək. Netanyahu, “Açıq şəkildə bildirmək istəyirəm ki, Beyrut da daxil olmaqla Livanın hər yerində “Hizbullah”a amansızcasına hücum etməyə davam edəcəyik” deyə bildirib.

Qeyd edək ki, İsrail ordusu “Hizbullah”ın Qolani hərbi bazasına pilotsuz uçuş aparatı ilə həyata keçirdiyi hücum nəticəsində 4 əsgərin həlak olduğunu, 58 əsgərin yaralandığını açıqlayıb.

A
Kibertəhlükəsizlik analitiki

Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.

Bütün məqalələrə baxın
Paylaş: