Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Nazir bu paylaşıma görə gecə ilə Ucara getdi - FOTO

05.12.2024 09:25 113 baxış sayı 1 dəq. oxuma Metbuat

Ötən gün axşam saatlarında gənclər və idman naziri Fərid Qayıbov gözlənilmədən Ucara gedib.

Metbuat.az xəbər verir ki, bu barədə Globalinfo.az-a Ucar Gənclər Evində işləyən rəssam Ariz Aslangil məlumat verib.

A.Aslangil bildirib ki, nazirin gəlişi onun çəkdiyi rəsm əsəri ilə bağlı olub. Belə ki, A.Aslangil öz sosial media hesabında Fərid Qayıbovun piroqrafiya sənəti ilə çəkdiyi portretini paylaşıb. Paylaşımı görən nazir ucarlı rəssama sürpriz edib və gecə ilə rayona gəlib.

Nazir Ucar Gənclər Evində portretin müəllifi Ariz Aslangillə və bir neçə gənclə görüşüb. Onun anidən Ucar rayonuna gəlməsi, gənclərlə səmimi görüşü maraq doğurub.

Görüşdən fotoları təqdim edirik:

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: