🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
Bugun.az
Bugun.az
11 abunə

Naxçıvanda vergi daxilolmaları 34 faizdən çox artıb

15.11.2024 08:25 151 baxış sayı 1 dəq. oxuma
Naxçıvanda vergi daxilolmaları 34 faizdən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 180,4 milyon manat vergi daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 46 milyon manat və ya 34,3 faiz çoxdur.

Cari ilin 10 ayında Naxçıvanda vergi daxilolmaları üzrə proqnoz 124,8 faiz icra edilib.

Paylaş: