Müharibə qlobal xarakter alıb - Putin xalqa müraciət etdi
Ukraynadakı münaqişə qlobal xarakter alıb və gərginliyin artacağı təqdirdə Rusiya da eyni şəkildə cavab verəcək.
Metbuat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində belə deyib. Putinin sözlərinə görə, Ukrayna Rusiyanın Kursk və Bryansk bölgələrini Qərb istehsalı olan ATACMS və “Storm Shadow” raketləri ilə vurub. Putin vurğulayıb ki, həmin uzaqmənzilli raketlərdən silahların istehsal olunduğu ölkələrin mütəxəssisləri olmadan istifadə etmək mümkün deyil.
Rusiya lideri düşmənin uzaqmənzilli silahlardan istifadəsinin xüsusi hərbi əməliyyatın gedişinə təsir etməyəcəyini vurğulayıb. Putin, “Silahların Rusiya ərazisinə qarşı istifadəsinə icazə verən ölkələrin hərbi obyektlərinə qarşı silah tətbiq etmək hüququmuz var. Öz hərbi birləşmələrini Rusiyaya qarşı istifadə etməyi planlaşdıran ölkələrin hakim elitasına bunu ciddi şəkildə düşünməyi tövsiyə edirəm” - deyə bildirib.
Prezident açıqlamasında ən yeni orta mənzilli raket olan “Oreşnik” raketinin uğurla sınaqdan keçirildiyini açıqlayıb və “Oreşnik” raketindən istifadənin ABŞ-ın orta və qısa mənzilli raketləri istehsal etmə və yerləşdirmə planlarına cavab olduğunu vurğulayıb. Putin deyib ki, müasir hava hücumundan müdafiə sistemləri “Oreşnik” raketlərinin qarşısını ala bilmir, bu raketlər hədəflərinə 10 Mach, yəni saniyədə 2,5-3 kilometr sürətlə hücum edirlər. Putin, Rusiyanın orta və yaxın mənzilli raketlərin hansı ərazilərə yerləşdiriləcəyinə düşmənin hərəkətindən asılı olaraq qərar veriləcəyini bəyan edib.
Oxşar xəbərlər
Putin-dən yeni təhdidlər: Dünya müharibəsi təhlükə...
Son Xeberler
Böyük müharibəyə az qaldı
Xəbər Anı
SON DƏQİQƏ! Putin koronavirus peyvəndinin hazır ol...
Son Xeberler
Müharibə Vətəndaşlarını Aldadan Dələduz Həbs Edild...
Son Xeberler
İlham Əliyevlə Putin Qarabağı müzakirə etdi
Son Xeberler
Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin qərarına...
Son Xeberler