Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

“Müəyyən proqramlar var ki, onlarda heç bir insan faktoru yoxdur” -Vüqar Qurbanov

20.11.2025 07:42 6 baxış sayı 2 dəq. oxuma Metbuat
“Müəyyən proqramlar var ki, onlarda heç bir insan faktoru yoxdur” -Vüqar Qurbanov

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada açılan Yeni Robotik Reabilitasiya Mərkəzi və Hematologiya–Sümük İliyi Transplantasiyası Mərkəzi haqqında danışıb. O, bu cür mərkəzlərin ölkə rəhbərliyinin səhiyyə sahəsinə göstərdiyi diqqətin nəticəsi olduğunu vurğulayıb. Qurbanov mərkəzdə tətbiq edilən texnologiyanın səviyyəsini xüsusi qeyd edib. O bildirib ki, bəzi proqramlar var ki, onlarda heç bir insan faktoru yoxdur və proqram özü müalicə prosedurlarının həyata keçirilməsini təmin edir.


Reabilitasiya mərkəzinin gücü yüksəkdir. Məqsəd mərkəzin gündə 500 pasiyentə xidmət etməsi, illik hədəfin isə 150 min – 200 min arasında Azərbaycan vətəndaşının bu xidmətlərdən faydalanmasıdır. Qurbanov qeyd edib ki, buradakı avadanlıqların hər biri unikal xarakter daşıyır. Yaxın ölkələrlə müqayisə aparılsa, bəzi qonşu ölkələrdə bu səviyyədə avadanlıqlar yoxdur. Bu səviyyədə qurulan mərkəz artıq bu gündən vətəndaşların xidmətinə açılıb. Burada hər cür reabilitasiya və fizioterapevtik xidmətləri vətəndaşlara təqdim etmək mümkün olacaq.


Mərkəzin açılışı Vətən müharibəsi zamanı xəsarət alan qazilər üçün xüsusi əhəmiyyət daşıyır. Direktor xatırlatdı ki, müharibə dövründə çox sayda qazimiz travmalar almışdı. Ölkəmizdə reabilitasiya mərkəzlərinin sayı az olduğu üçün dövlətin dəstəyi ilə həmin şəxslər əvvəllər digər ölkələrə göndərilir, sağlamlıqlarına orada qovuşurdular. İndi isə bu cür ciddi travmaları olan qazilərimiz yeni reabilitasiya mərkəzində bu xidmətləri ala biləcəklər və tam sağalacaqlar. Bu, ölkənin səhiyyə sistemi üçün böyük bir yenilikdir.


O
Ekologiya müxbiri

Ekologiya və ətraf mühit mövzularında yazıram. İqlim dəyişikliyi və yaşıl enerji mənim prioritet mövzularımdır.

Bütün məqalələrə baxın
Paylaş: