🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.
Bugun.az
Bugun.az
9 abunə

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanıldı

04.04.2025 08:25 11 baxış sayı 1 dəq. oxuma
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə başlanıldı

Bu gündən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə start verilib.

Metbuat.az xəbər verir ki, bu barəda İnsan Resursları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müsabiqədə dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışan şəxslər iştirak edə bilərlər.

Müəllimlər 10 aprel saat 11:00-dək www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər. Elektron ərizələrin qəbulu mərhələsi başa çatdıqdan sonra müsabiqənin növbəti – vakansiya seçimi mərhələsi barədə ictimaiyyətə məlumat veriləcək.

Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://www.miq.edu.az/yerdeyishme/faq

Paylaş: