Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı bayram münasibətilə təbrik etdi

18.03.2025 09:25 108 baxış sayı 1 dəq. oxuma Metbuat
Milli Məclis İlham Əliyev və Mehriban Əliyevanı bayram münasibətilə təbrik etdi

Milli Məclis adından Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya Novruz və Ramazan bayramları münasibətilə təbrik məktubları ünvanlanıb.

Metbuat.az xəbər verir ki, bu təkliflə parlamentin bugünkü plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova çıxış edib.

Sədrin sözlərinə görə, məktubda onlara xalqın və dövlətin bu günü və sabahı naminə dəyərli fəaliyyətlərində yeni böyük uğurlar arzulanır.

Təklif iclas iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: