Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Məşhur futbolçu "Qarabağ"a təklif edildi

02.09.2025 15:25 12 baxış sayı 1 dəq. oxuma Metbuat
Məşhur futbolçu "Qarabağ"a təklif edildi

"Sevilya"nın belçikalı futbolçusu Adnan Yanuzay "Qarabağ"a təklif olunub. Lakin ağdamlılar bu keçidə maraq göstərməyib.

Metbuat.az Futbolinfo.az-a istinadən xəbər verir ki, agentlər onun icarə əsasında Ağdam klubunda çıxış edməsinin mümkünlüyünü klub rəhbərliyinə və baş məşqçi Qurban Qurbanova bildiriblər.

Təcrübəli çalışdırıcı isə bu transferin reallaşmasını istəməyib. O, komandaya yaşı 27-dən az olan futbolçu axtardıqlarını bildirib. Yanuzayın isə 30 yaşı var. Qeyd edək ki, Adnan Yanuzay karyerası ərzində "Mançester Yunayted", "Real Sosyedad", Dortmund "Borussiya"sı kimi klublarda çıxış edib.

O, 2022-ci ilə qədər Belçika millisinə dəvət alıb. 2022-ci ilin yayından "Sevilya"ya məxsus olan yarımmüdafiəçi bu müddətdə "Başakşəhər"də, son mövsümdə isə "Las Palmas"da icarədə çıxış edib. Əndəlüslülərlə birillik müqaviləsi qalan oyunçunun transfer dəyəri 1.2 milyon avrodur.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: