Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Mehriban Əliyeva yeni uşaq bağçasının açılışında iştirak etdi

31.10.2024 16:25 175 baxış sayı 2 dəq. oxuma Metbuat
Mehriban Əliyeva yeni uşaq bağçasının açılışında iştirak etdi

31 Oktyabrda Bakının Xətai rayonunda yerləşən Alim Məmmədov adına uşaq bağçası-körpələr evi təmirdən sonra yenidən açıldı.


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və ailə üzvləri bağçada yaradılan yeni şəraitlə tanış oldular.


Uşaq bağçasının direktoru Liya Məcidova Birinci vitse-prezidentə və ailə üzvlərinə bağçada aparılan yenilənmə işləri haqqında ətraflı məlumat verdi.


Bildirildi ki, 1958-ci ildə inşa olunan Alim Məmmədov adına uşaq bağçası-körpələr evi uzun illər istismardan çıxdığı üçün təmirə ehtiyac duyurdu. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, uşaq bağçası-körpələr evi müasir standartlara uyğun olaraq yenidən quruldu.


Yüz yerlik uşaq bağçası-körpələr evi lazımi avadanlıq və ləvazimatlarla təchiz olundu. Bu məktəbəqədər müəssisədə uşaqlar 5 qrup üzrə təhsil alırlar.


Bağçanın həyətyanı ərazisi abadlaşdırılıb, yaşıllaşdırılıb, uşaqlar üçün yeni oyun meydançası yaradılıb.


Ölkəmizdə uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə xüsusi diqqət yetirilir. Uşaq bağçalarının yenidən qurulması layihələri bu sahədə mühüm rol oynayır.


Uşaqların təlim-tərbiyəsi Heydər Əliyev Fondunun fəaliyyətinin əsas istiqamətlərindən biridir. Fondun həyata keçirdiyi layihələr məktəbəqədər təlim-tərbiyə müəssisələrinin inkişafına, bu sahədə ciddi keyfiyyət dəyişikliyinə səbəb olub. Gələcəyimiz olan uşaqların sosial rifahının yaxşılaşdırılmasına hesablanan belə tədbirlər ölkəmizdə aparılan siyasətin uğurlu və məntiqi nəticəsidir.


A
Gənclik və trendiər müxbiri

Gənclik mədəniyyəti və trendiər haqqında yazıram. Y və Z nəsli nə düşünür, nə istəyir - bunları araşdırıram.

Bütün məqalələrə baxın
Paylaş: