🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Məhkumlara dair peşə təhsili üzrə vahid informasiya sistemi yaradılacaq

25.06.2025 11:25 16 baxış sayı 2 dəq. oxuma
Məhkumlara dair peşə təhsili üzrə vahid informasiya sistemi yaradılacaq

Peşə təhsilindən yararlanmış məhkumlara dair məlumatları əks etdirən vahid informasiya sistemi yaradılacaq.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən "Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Sərəncama əsasən, Nazirlər Kabineti Ədliyyə Nazirliyi, Elm və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə peşə təhsilindən yararlanmış məhkumlara dair məlumatları əks etdirən (yararlandıqları peşə təhsili, əldə etdikləri təhsil sənədləri) vahid informasiya sisteminin yaradılması məqsədilə normativ hüquqi bazanın formalaşdırılmasını 2025–2027-ci illər ərzində təmin etməlidir. Vahid informasiya sisteminin istifadəyə verilməsi, həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə 10 aidiyyəti dövlət orqanının (qurumlarının) informasiya sistemlərinə inteqrasiyasının təmin edilməsi həyata keçiriləcək.

Eyni zamanda bu müddət ərzində Ədliyyə Nazirliyi digər qurumlarla birgə peşə təhsilinə cəlb edilmiş məhkumların əmək bazarına çıxışını təmin edən müvafiq informasiya sisteminin yaradılmasını təmin etməlidir.

Paylaş: