
Məcnun Məmmədov koronavirusa yoluxdu

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov koronavirusa (COVID-19) yoluxub.
Metbuat.az Teleqraf.az-a istinadən xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.
Qeyd olunub ki, nazir Bakıda keçirilən "Caspian Agro" sərgisi ilə əlaqədar COVID-19 testi verib.
"Testin nəticəsi müsbət çıxıb. Ona görə də nazir sərgidə iştirak edə bilməyib", - qurumdan bildirilib.
Qeyd edək ki, hər il olduğu kimi kənd təsərrüfatı naziri Məcnun Məmmədov bu il də sözügedən sərgilərin açılışında iştirak etməli imiş. Hətta ötən gün mediaya əvvəlcədən verilən proqramda nazirin açılışda iştirak edəcəyi bildirilib. Bu gün isə sərginin açılışını kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov edib.
Məcnun Məmmədovun koronavirusa yoluxması barədə ilk xəbəri "Yeni Sabah" yayıb.
Xatırladaq ki, nazir mayın 12-də Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Edqars Skuya ilə görüşüb.
Oxşar xəbərlər

34 yaşlı hakim koronavirusa yoluxdu
Son Xeberler

Azərbaycanda deputatın rəis oğlu koronavirusa yolu...
Son Xeberler

Təhsil şöbəsinin müdiri koronavirusa yoluxdu
Son Xeberler

Makron koronavirusa yoluxdu
Son Xeberler

Qazaxıstanın Səhiyyə naziri koronavirusa yoluxdu
İdman Xəbər

ŞOK: Koronavirusa yoluxdu - Rusiya çalxalanır
Anar Türkeş