
Mayın 22-də havanın temperaturu dəyişəcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.
Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Havanın temperaturu gecə 15-17° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-60% olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
Oxşar xəbərlər

Mayın 18-də havanın temperaturu dəyişəcək
Bugun.az

Martın 26-da havanın temperaturu kəskin dəyişəcək
Bugun.az

İyunun 1-də havanın temperaturu dəyişəcək
Bugun.az

Martın 12-də havanın temperaturu kəskin dəyişəcək
Bugun.az

Bu tarixdə havanın temperaturu kəskin artacaq
Bugun.az

Bu gün hava necə olacaq? - PROQNOZ
Bugun.az