
Mask və onun şirkəti barədə araşdırma aprılır

İlon Mask və onun sahibi olduğu raket şirkəti SpaceX barəsində araşdırma aparılır.
Metbuat.az xəbər verir ki, Mask və onun sahibi olduğu raket şirkəti SpaceX-in federal təhlükəsizlik protokollarına əməl etmədiyi irəli sürülür. “New York Times” qəzeti yazır ki, Tesla, SpaceX və X kimi şirkətlərin sahibi İlon Mask dövlət tərəfindən araşdırılır. Xəbərdə deyilir ki, Mask və SpaceX, milli təhlükəsizliyin qorunmasına yönəlmiş federal hesabat qaydalarına əməl edib-etmədikləri ilə bağlı azı üç federal araşdırma ilə üzləşib.
Bu araşdırmalar Müdafiə Nazirliyinin Baş Müfəttiş İdarəsi, Hərbi Hava Qüvvələri və Pentaqonun Kəşfiyyat və Təhlükəsizlik Katibinin Müşavirinin Ofisi tərəfindən aparılır. Baş Müfəttişin araşdırmasının hələ ötən ilə başladığı qeyd edilib. Məsələ barədə danışan İlon Mask araşdırmanın “dərin dövlət”in sifarişi ilə aparıldığını irəli sürüb.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

İlon Mask Putini söhbət etməyə dəvət edib
Son Xeberler

Dünyanın ən varlı insanları siyahısında lider dəyi...
Son Xeberler

"Starship" gəmisi Aya uçuş missiyasını tamamlayan...
Azəri Xəbər

Mask "Path of Exile 2"-dən uzaqlaşdırıldı
Texnologiya xəbərləri

İlon Mask USAİD-i cinayətkar təşkilat adlandırdı
Bugun.az

Mask geri çəkildi - Peşman olub
Bugun.az