
Maşınında tanımadığı şəxs yandı - DETALLAR üzə çıxdı

Xəbər verdiyimiz kimi, Sumqayıt şəhərində bir nəfər avtomobildə yanaraq ölüb. Avtomobilin sahibi Rusif Nəzərov maşınında ölən şəxsi tanımadığını bildirib.
Metbuat.az xəbər verir ki, TNS hadisənin təfərrüatlarını əldə edib.
Məlumata görə, avtomobili yandıran şəxs 1985-ci il təvəllüdlü Fikrət Həsənli narkotik aludəçisi olub və tüfeyli həyat tərzi keçirib. Bir ay əvvəl Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsindəki mənzillərdən birinə kirayə köçən F. Həsənli əsasən, gecə saatlarında yaşadığı evi tərk edib, küçələrdə gəzirmiş. Yanvarın 12-də saat 04:00 radələrində otaq yoldaşlarının birinin mobil telefonunu da götürüb evdən çıxıb. Saat 06:00 radələrində küçədə Rusif Nəzərova məxsus avtomobilin şüşəsini qıraraq maşına daxil olub. O, avtomobilin ön oturacağına od vuraraq maşının içərisində oturub. Nəticədə F. Həsənli avtomobillə birlikdə yanıb. Avtomobildəki yanğın söndürülərkən onun yanmış meyiti aşkarlanıb.
Xatırladaq ki, yanvarın 12-də səhər saatlarında Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində, qəsəbə sakini Rusif Nəzərova məxsus “KİA Sorento” markalı avtomobildə yanğın baş verib. Avtomobildə F. Həsənlinin yanmış meyiti tapılıb.
Oxşar xəbərlər

Bu ölkədə 70 nəfər diri diri yandı
Bugun.az

Redmi Turbo 4 Seriyasının Prosessorları Açıqlandı!
Texnologiya xəbərləri

Navalninin həyat yoldaşı:
Son Xeberler

Dragon Age: The Veilguard Oyununun Rəyləri Çıxdı!
Texnologiya xəbərləri

OPPO Reno 13 Görüntüsü Ortaya Çıxdı!
Texnologiya xəbərləri

OPPO Pad 3-ün xüsusiyyətləri buraxılışdan əvvəl or...
Texnologiya xəbərləri