🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirdi

21.05.2025 14:25 18 baxış sayı 2 dəq. oxuma
Maliyyə Nazirliyi növbəti dəfə depozit hərracı keçirdi

Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə nazirlikdən bildirilib.

Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 500 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 30 gün müddətinə, 6,8 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Xatırladaq ki, bundan əvvəl ötən ay 2 dəfə depozit hərracı keçirilib. 1-ci hərracda vahid xəzinə hesabının 1 milyard manatlıq sərbəst qalığı 4 sistem əhəmiyyətli bankda, 3 ay müddətinə, 7,21 % orta çəkili faiz dərəcəsi ilə, 2-ci hərracda isə vahid xəzinə hesabının 500 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankında 32 gün müddətinə, 7,04 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.

Paylaş: