Malidə qızıl qalmaqalı - Kanada şirkətinin əlindən alındı
Mali Kanadanın mədən şirkəti “Barrick Gold” tərəfindən çıxarılan qızılı müsadirə edib.
Metbuat.az xəbər verir ki, hökumət “Barrick Gold” tərəfindən idarə olunan Loulo-Qounkoto mədənində gəlirlərin bölüşdürülməsi ilə bağlı mübahisədən sonra qızıl ehtiyatlarını ələ keçirib. Şirkət də qalmaqaldan sonra mədəndəki fəaliyyətini dayandırmaq qərarına gəldiyini açıqlayıb. Bazar dəyərinə görə dünyanın ikinci ən böyük qızıl mədən şirkəti olan “Barrick Gold”, Mali hökumətini qızılı bankda saxlayaraq idxal və ixracını əngəlləməkdə günahlandırır. Məlumata görə, Malinin qərbində, Seneqal sərhədinə yaxın ərazidə yerləşən Loulo-Qounkoto mədəninin 80 faizi şirkətə, 20 faiz isə Mali dövlətinə məxsusdur.
Qeyd edək ki, Afrikanın ən böyük qızıl istehsalçılarından olan Malidə hökumət çoxlu vergi güzəştləri etdiyini və mənfəətdən ədalətli pay almadığını əsas gətirərək mədən qanununa dəyişiklik etmişdi.
Oxşar xəbərlər
TikTok Kanada'dan Çıxarıldı!
Texnologiya xəbərləri
Lamine Yamal "Qızıl Top"da İlin Ən Yaxşı Gənc Futb...
Bugun.az
Məşhur şirkətin direktoru qaçırıldı
Xəbər Anı
Hərbçilərimiz qızıl tozu ilə dolu anbar tapdı -
Son Xeberler
“Azərbaycana dəstəyimizə görə Kanada kameralara em...
Son Xeberler
İngiltərədən sonra Kanada da təsdiqlədi
Son Xeberler