Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Makron Soyqırımda İttiham Olunur

16.10.2024 00:25 214 baxış sayı 1 dəq. oxuma Metbuat
Makron Soyqırımda İttiham Olunur

AvropaFələstin Assosiasiyası, Fransanın keçmiş prezidenti Emmanuel Makronu, xarici işlər naziri Stefan Sejourne və baş nazir Qabriel Attalı cinayət məhkəməsinə şikayət edib.


Assosiasiyanın qurucu lideri Olivia Zemor, Makron və digər rəsmiləri İsrailin Qəzzaya hücumları zamanı müharibə cinayəti, insanlığa qarşı cinayətlər və soyqırımda iştirakda ittiham edib. Zemor iddia edir ki, Makron, Attal və Sejournenin Qəzzadakı müharibədə, insanlığa qarşı cinayətlərdə və soyqırımda şərik olduqlarına dair dəlillər təqdim edilib. Onun sözlərinə görə, bu 3 fransız siyasətçi, İsrail hökumətinə hərbi, diplomatik, iqtisadi və mənəvi dəstək verməklə bu cinayətlərdə iştirak ediblər.


G
Sosial məsələlər müxbiri

Cəmiyyət həyatı və sosial məsələlər haqqında yazıram. İnsanların hekayələrini dinləmək və danışmaq mənim işimdir.

Bütün məqalələrə baxın
Paylaş: