
Liderlər Laçın şəhərində seyrəngahda oldular

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif mayın 28-də Laçın şəhərində seyrəngahda olublar.
Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyevin iki il əvvəl mayın 28-də bu seyrəngahda ilk dəfə Laçına köçən keçmiş məcburi köçkünlərə evlərinin açarlarını təqdim etdiyi barədə qonaqlara məlumat verildi.
Bildirildi ki, indi burada Laçında istifadəyə verilmiş müəssisələrin məhsulları nümayiş olunur. Sərgidə “Laçın” Aqro-Sənaye Parkında, “PIRSHAGHI” ayaqqabı fabrikinin, “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinin Laçın filiallarında, “LATIFA” Laçın tikiş fabrikində istehsal olunan məhsullar təqdim edilir. Həmçinin sərgidə “Bakı Abadlıq Xidməti”, efir yağları zavodu, “Naxışlı” tikiş evi, Laçındakı Heyvandarlıq Seleksiya Mərkəzi, “Həkəri” balıqçılıq təsərrüfatı da təmsil olunur.
Qeyd edək ki, sərgi 28 May - Müstəqillik Gününə həsr olunub.
Oxşar xəbərlər

İlham Əliyev Laçın sakinləri ilə görüşdü -FOTO
Bugun.az

Laçına getmək istəyənlərin nəzərinə!
Xəbər Anı

Laçın 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı ola...
Bugun.az

İlham Əliyevlə Laçın şəhərində görüşməkdən şərəf d...
Bugun.az

Azərbaycan, Türkiyə və Pakistan liderləri Laçın ae...
Bugun.az

Əhalinin nəzərinə: 110-dan çox vakansiya elan olun...
Bugun.az