🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
6 abunə
Son Xeberler
Son Xeberler
6 abunə
Anar Türkeş
Anar Türkeş
5 abunə
Rashad Mirza
Rashad Mirza
4 abunə
Bugun.az
Bugun.az
6 abunə

Leyla və Arzu Əliyevalar Yaşıl Azərbaycan üçün Ağac Əkiblər - Fotolar

29.10.2024 20:25 17 baxış sayı 3 dəq. oxuma
Leyla və Arzu Əliyevalar Yaşıl Azərbaycan üçün Ağac Əkiblər - Fotolar

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Leyla Əliyeva və Arzu Əliyeva “Gənclik” parkında birlikdə ağac əkmə aksiyasında iştirak ediblər.


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın iştirakı ilə oktyabrın 29-da Xətai rayonunda yerləşən “Gənclik” parkında növbəti ağacəkmə aksiyası həyata keçirilib.


Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin və IDEA könüllülərinin, o cümlədən Avropa Azərbaycan Məktəbinin şagirdlərinin iştirakı ilə keçirilən aksiyada 600 ədəd Eldar şamı əkilib.


Qeyd edək ki, 43 hektarlıq “Gənclik” parkı Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınıb və burada yaşıllıq zolaqları ilə yanaşı, əyləncə və istirahət sahələri də yaradılıb.


Tədbir zamanı IDEA İctimai Birliyinin “Şəhər ekologiyası” layihəsi çərçivəsində “Gənclik” parkında 20 sincab buraxılıb. Bu sincaplar Bakı Zooloji Parkında çoxaldılıb və onların “Gənclik” parkında təbii şəkildə çoxalması planlaşdırılır.


“Şəhər ekologiyası” layihəsi şəhər mühitinə xas olan fauna növlərinin qorunmasına və qaytarılmasına yönəlib. Keçmişdə Bakı şəhərində çoxlu sincab və tutuquşu var idi, amma ötən əsrin sonlarında ekoloji problemlər səbəbindən onların sayı kəskin azalmışdı.


Son illər ölkədə aparılan geniş yaşıllaşdırma və abadlaşdırma işləri, xüsusilə də IDEA İctimai Birliyinin səyləri sayəsində Bakıda qanunsuz ağac kəsilməsi halları azaldılıb və saysız-hesabsız yeni ağaclar əkilib. Bunun nəticəsində şəhərdə bir çox fauna növlərinin qaytarılması üçün münbit şərait yaradılıb.


IDEA İctimai Birliyi bu cür ekoloji aksiyalar vasitəsilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə gənc nəslin diqqətinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə səsləyir.


Vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə rastlaşdıqda şəhər və ya mobil telefonlardan 1113 qaynar xətt vasitəsilə IDEA İctimai Birliyinə müraciət edə bilərlər.


“1113 - Təbiətin təcili yardımı” “qaynar xətti” və mobil qrupu 2014-cü ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində yaradılıb. Bu “qaynar xətt”ə daxil olmuş minlərlə vətəndaş şikayəti üzrə tədbir görülüb.


Paylaş: