Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Leyla Əliyeva ən böyük dairəvi xalça ilə tanış oldu

28.10.2025 10:02 7 baxış sayı 2 dəq. oxuma Metbuat
Leyla Əliyeva ən böyük dairəvi xalça ilə tanış oldu

Heydər Əliyev Fondu, “PAŞA Holdinq” və “PMD Projects”in birgə təşkilatçılığı ilə “Azərxalça” ASC ümumdünya xalçaçılıq tarixində ən böyük dairəvi əl xalçasını toxuyur. “Azərxalça”nın yaradıcı heyəti və toxucu komandası bu böyük layihə üzərində çalışır. Diametri 22.17 metr olan bu nəhəng xalça Şuşa məscidi üçün nəzərdə tutulub. Xalça "Qarabağ" qrupuna daxildir və üzərində "Xətai" xalçasının fərqli elementlərini əks etdirir. Bu tarixi əsərin toxunmasına ötən ilin dekabr ayında başlanılıb.


Oktyabrın 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin rəhbəri Leyla Əliyeva xalçanın toxunma prosesi ilə yaxından tanış oldu. Hazırda əsas işlər İsmayıllı və Şabran emalatxanalarında davam edir. Layihədə cəmi 150 xalçaçı xanım çalışır. Leyla xanım xalça ilə tanış olduqdan sonra toxucularla vaxt keçirdi. O, həmçinin bu tarixi sənət əsərinin bir hissəsinə çevrilərək ona özü də bir ilmə atdı.


Bu cür nəhəng ölçüdəki xalçanın tam şəkildə toxunması üçün xüsusi hazırlıq görülməsi lazım idi. Buna görə də, yeni və fərqli üslubda dəzgah sifariş edildi. Məlumatlara görə, bu iki mərtəbədən ibarət dəzgah İrandan dəvət edilmiş bir qrup mütəxəssis tərəfindən “Azərxalça” ASC üçün xüsusi olaraq hazırlanıb. Dünyanın ən böyük dairəvi əl xalçasının istehsalını həyata keçirməyə kömək edən bu texniki həll layihənin uğurla tamamlanmasında mühüm rol oynayır.


S
Ailə və cəmiyyət müxbiri

Ailə, uşaq tərbiyəsi və valideynlik mövzularında yazıram. Özüm də 2 uşaq anasıyam, bu təcrübə işimdə çox kömək edir.

Bütün məqalələrə baxın
Paylaş: