Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Leyla Əliyeva Bəhreynin neft və ətraf mühit naziri ilə görüşdü - FOTO

27.02.2025 08:25 97 baxış sayı 2 dəq. oxuma Metbuat
Leyla Əliyeva Bəhreynin neft və ətraf mühit naziri ilə görüşdü - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bəhreyn Krallığına səfəri çərçivəsində bu ölkənin neft və ətraf mühit naziri Mohammed bin Mubarak Bin Dinah ilə görüşüb.

Metbuat.az xəbər verir ki, görüşdə ekologiya və ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.

Azərbaycanın 2024-cü ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi nüfuzlu beynəlxalq tədbirə uğurla ev sahibliyi etdiyi xüsusi vurğulanıb. Bəhreynli nazir COP29 çərçivəsində Azərbaycana səfərini xatırladaraq, ölkəsinin ətraf mühitin mühafizəsi, ekoloji və iqlim vəziyyətinin inkişafına töhfə verməyə hər zaman hazır olduğunu qeyd edib.

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva müasir dövrdə ətraf mühitin qorunmasına yönəlik birgə təşəbbüslərin planetimizin və insanların gələcəyi üçün önəmli olduğunu bildirib.

Danışıqlar zamanı su ehtiyatlarından səmərəli, qənaətlə istifadə olunması və su itkisinin qarşısının alınması sahəsində tədbirlər, çirkab suların təmizlənməsi və irriqasiyaya yönləndirilməsi istiqamətində də fikir mübadiləsi aparılıb.


S
Texnologiya müxbiri

ADA Universitetində kompüter elmləri üzrə təhsil almışam. Texnologiya xəbərlərini sadə dillə yazmağı bacarıram, çünki özüm də kod yazıram. Xüsusilə mo...

Bütün məqalələrə baxın
Paylaş: