
Lamin Yamal Çempionlar Liqasının tarixinə düşdü

“Barselona”nın gənc ulduzu Lamin Yamal, Avropa futbolunun ən böyük turniri olan UEFA Çempionlar Liqası (UCL) tarixində mühüm bir rekorda imza atdı. O, bu turnirdə 25 oyuna çıxan ən gənc oyunçu ünvanını əldə etdi.
Bu tarixi hadisə Yamalın “Barselona”nın “Olimpiakos” ilə matçına start heyətdə çıxması nəticəsində gerçəkləşdi. İspan futbolçu bu nailiyyətə cəmi 18 yaş və 100 günündə çataraq, UCL-də 25 oyuna çıxan ən gənc oyunçu oldu.
Bu göstərici ilə Yamal əvvəlki rekordu yeniləmiş oldu. O, PSJ-nin yarımmüdafiəçisi Zair-Emrinin rekordunu üstələdi. Zair-Emri bu nəticəni 19 yaş və 32 günündə göstərmişdi.
Olimpiya idman növləri və idmançıların hekayələrini danışmağı xoşlayıram. Qadın idmanının inkişafı mənim ürəyimə yaxın mövzudur.
Bütün məqalələrə baxınEtiketlər
Oxşar xəbərlər

Yamal “El Klasiko”da Tarix Yazdı
Bugun.az

Lamin Yamaldan tarixi uğur
Bugun.az

Lamin Yamal və Kənan Yıldız ilin "ən yaxşı"ları se...
Bugun.az

"Real" öz evində "El-Klasiko"da məğlub oldu
Bugun.az

"El-Klasiko" 8 qolla bitdi
Bugun.az

PSJ Lamin Yamalı rekord məbləğ qarşılığında transf...
Azəri Xəbər