Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Lalə Şövkətin vəziyyəti pisləşdi

03.12.2024 12:25 130 baxış sayı 2 dəq. oxuma Metbuat
Lalə Şövkətin vəziyyəti pisləşdi

“Lalə xanım xroniki ürək xəstəliyindən əziyyət çəkir. Hazırda Bakıda ev şəraitində həkim nəzarətindədir. Səhhətində müsbətə doğru ciddi bir irəliləyiş yoxdur”.

Metbuat.az xəbər verir ki, vu sözləri “Teleqraf.com”a ləğv edilmiş Azərbaycan Liberal Partiyasının (ALP) sabiq lideri, keçmiş dövlət katibi Lalə Şövkətin oğlu Sidqi Şövkət deyib.

“Lalə xanım 2020-ci ildə ürək əməliyyatı keçirib. O vaxtdan səhhətində problemlər daha da artıb. Daimi konsultasiya olunur. Həkim nəzarəti olmasa səhhəti daha da pisləşər”, - deyə o əlavə edib.

Sidqi Şövkət anasının kənar yardım olmadan sərbəst hərəkət edə bilmədiyini bildirib: “Səhhətinə görə mütləq ona kənardan kömək edilir ki, o, ev şəraitində gəzə bilsin”.

Qeyd edək ki, Lalə Şövkətin 73 yaşı var. O, 1993-1994-cü illərdə Azərbaycanın dövlət katibi olub. İstefa verdikdən sonra Liberal Partiyasını yaradıb.

Xatırladaq ki, Azərbaycan Liberal Partiyası 2023-cü ildə fəaliyyətinə son verdiyi barədə bəyanat yayıb.

T
Baş texnologiya şərhçisi

Texnologiya jurnalistikası ilə məşğulam. Əvvəllər İT şirkətində işləyirdim, amma yazmaq daha çox xoşuma gəldi. İndi hər iki dünyamı birləşdirə bilirəm...

Bütün məqalələrə baxın
Paylaş: