
Kredit tarixçəsi pis olanların nəzərinə

Kredit götürərkən ən çox rast gəlinən problemlərdən biri də korlanmış kredit tarixçəsidir. Vaxtında ödənilməyən borclar və gecikmələr vətəndaşların sonrakı kredit müraciətlərinə mənfi təsir göstərir.
Hüquqşünas Elcan Həsənli Metbuat.az-a bildirib ki, kredit tarixçəsi əvvəlki dövrlərdə korlansa belə, onun bərpası mümkündür. Bunun üçün əsas şərt vaxt və intizamdır.
Onun sözlərinə görə, ilk növbədə mövcud bütün borclar tam ödənilməlidir. Ardınca isə vətəndaş kiçik məbləğli kredit və ya kredit kartı götürərək ödənişləri vaxtında həyata keçirməklə müsbət tarixçə formalaşdıra bilər.
“Kredit bürosunda məlumatlar adətən 5 ilədək saxlanılır. Bu müddət ərzində əvvəlki “pis tarixçə” görünə bilər. Ancaq vətəndaş intizamlı ödəmələr aparsa, bankların etimadını bərpa etmək mümkündür”, – deyə hüquqşünas əlavə edib.
Mövzu ilə bağlı iqtisadçıların fikirləri də müsbət istiqamətdədir. Ekspertlərə görə, vətəndaşlar kiçik məbləğli kreditlər götürüb onları vaxtında qaytara bilsələr, bu, maliyyə intizamını nümayiş etdirir və kredit bürosunda müsbət iz qoyur. Əgər yüksək dəyərə malik girov təqdim olunursa məsələn, qızıl-zinət əşyaları, mənzil və ya avtomobil bankın riski minimuma enir. Bu halda kredit tarixçəsi əsas amil olmur.
Kibertəhlükəsizlik mövzusunda yazıram. Bəzən mürəkkəb texniki məsələləri sadə dillə izah etmək çətin olur, amma bu da peşənin bir hissəsi.
Bütün məqalələrə baxınOxşar xəbərlər

Vətəndaşların diqqətinə:
Xəbər Anı

"Azpulmat” və “Manato”ya borcu olanların
Xəbər Anı

10 000 AZN kredit götür, aylıq cəmi 350 manat ödə...
Bugun.az

Sahibkarlara verilən güzəştli kreditin məbləği açı...
Bugun.az

Azərbaycanda krediti olanların borcları olanların...
Son Xeberler

Bu şəxslərə verilən güzəştli kreditlərin məbləği a...
Bugun.az