🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

Konqoda üsyançılar paytaxtı ələ keçirdi

17.02.2025 23:25 13 baxış sayı 1 dəq. oxuma
Konqoda üsyançılar paytaxtı ələ keçirdi

Ruanda ordusu və “M23” üsyançı qruplaşması Cənubi Kivu əyalətinin paytaxtı Bukavu şəhərini işğal edib.

Metbuat.az xəbər verir ki, Konqo Demokratik Respublikası hökuməti açıqlama verib. Bildirilib ki, ölkənin ərazisinin işğalı beynəlxalq müqavilələrin açıq şəkildə pozulmasıdır. Açıqlamaya görə, Ruanda əsgərləri ölkə ərazisində qeyri-qanuni əməliyyatlar həyata keçirir. Ruanda iddiaları rədd edib. Bundan əvvəl üsyançılar Şimali Kivu əyalətinin paytaxtı Qomanı ələ keçirmişdilər.

Birləşmiş Millətlər Təşkilatı Qoma şəhərinə nəzarət uğrunda gedən qarşıdurmalarda ölənlərin sayının 3000-ə yaxınlaşdığını bildirib. Konqo Demokratik Respublikasının şərqindəki münaqişələr səbəbindən 500 mindən çox insan didərgin düşüb.

Paylaş: