Keşişdən 6 milyon dollarlıq fırıldaq
Vaşinqton ştatının Pasko şəhərindəki kilsənin keşişi Fransier Obando Pinillo kriptovalyutanın satışı ilə bağlı 26 fırıldaqçılıqda ittiham olunub.
Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Departamenti məlumat yayıb.
Bildirilib ki, keşişin hədəf auditoriyası və qurbanları kilsə camaatı olub. Ticarət sosial şəbəkələr vasitəsilə də aparılıb. Keşiş heç bir investisiya riski olmadan 34,9% gəlir vəd edib, lakin əslində o, özünün və tərəfdaşlarının hesablarına pul köçürərək saxta balans yaradıb və bu gəlirlərlə qurbanları aldadıb.
Pinillo həmçinin qurbanlarını bu işi başqaları ilə bölüşməyə təşviq edərək, daha çox pul üçün texniki problemləri həll etməyi və ya mövqelərini başqa bir investorla dəyişdirməyi təklif edib. Onun bu işdən qazancı ümumilikda 5,9 milyon dollar təşkil edib və mindən çox insan zərər çəkib.
Keşiş təqsirli bilinərsə, təxminən 20 il müddətində həbs cəzası alacaq.
Sevinc İbrahimzadə / Metbuat.az
Oxşar xəbərlər
Azərbaycanın tədiyyə balansında kəsir yaranıb
İdman Xəbər
Oura Üzüyi Samsung Galaxy Üzüyünü Küləyə Qoydu!
Texnologiya xəbərləri
Apple, İndoneziyaya 100 Milyondan Çox İnvestisiya...
Texnologiya xəbərləri
"Kalamar Oyunu 2: Milyonlarla Sınaq"
Texnologiya xəbərləri
Baydenə verilən hədiyyələrin siyahısı açıqlandı
Bugun.az
Ronaldunun bacısı pandemiyanı ən böyük fırıldaqçıl...
Son Xeberler