
IV Şəki Beynəlxalq Teatr Festivalı başlayır - FOTO

Dekabrın 1-də Şəkidə IV Beynəlxalq Teatr Festivalı başlayır.
Metbuat.az xəbər verir ki, Mədəniyyət Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə reallaşan festival Şəkidə milli peşəkar teatrın yaranmasının 145 illiyinə həsr olunub.
Dekabrın 5-dək davam edəcək festivalda ölkəmizin teatrları ilə yanaşı, Qazaxıstan, Özbəkistan və İrandan gələn tanınmış teatr kollektivləri də iştirak edirlər.
Günün ikinci yarısında, axşam saatlarında Şəki Dövlət Dram Teatrında festivalın rəsmi açılış mərasimi olacaq.
Rəsmi hissədən sonra tamaşaçılara Şəki Dövlət Dram Teatrının kollektivinin görkəmli ingilis dramaturqu Uilyam Şekspirin “Heç nədən hay-küy” romantik komediyası əsasında hazırladığı tamaşa təqdim ediləcək.
Oxşar xəbərlər

Gələn yay Şuşada Kulinariya Festivalı keçiriləcək
Son Xeberler

Steam Növbəli Döyüş RPG Festivalı başladı!
Son Xeberler

"TEATR KÖNÜLLÜLƏRİ" layihəsinə qeydiyyat mərhələsi...
Edumap.az Təhsil Portalı

Xalq artistinin qardaşı dünyasını dəyişdi -
Şou Xəbər

Faktiki hava açıqlandı:
Son Xeberler

Bu ƏDV-lərin 50 faizi geri qaytarıla bilər
Bugun.az