🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
Texnologiya xəbərləri
Texnologiya xəbərləri
5 abunə
Bugun.az
Bugun.az
9 abunə

İtaliyada qadın qətllərinə görə ömürlük həbs olacaq

28.07.2025 09:25 1 baxış sayı 1 dəq. oxuma
İtaliyada qadın qətllərinə görə ömürlük həbs olacaq

İtaliya Senatı qadın qətllərinə qarşı hazırlanan sərt cəza qanununu ilk dəfə təsdiqləyib.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Baş nazir Giorgia Meloninin hökumətinin təqdim etdiyi və qadının məhz cinsinə görə qətlə yetirilməsi halında ömürlük həbs cəzasını nəzərdə tutan layihə parlamentin yuxarı palatasında yekdilliklə qəbul olunub.

Qanunun qüvvəyə minməsi üçün növbəti mərhələdə Nümayəndələr Palatasının da təsdiqi tələb olunur.

Qeyd edək ki, ötən il İtaliyada 113 qadın qətlə yetirilib.

Paylaş: