
İsrailin zərbəsindən sonra siyasi məhbuslar geri qaytarıldı

İsrailin Tehrandakı "Evin" həbsxanasına endirdiyi raket zərbəsindən sonra 600-dən çox siyasi məhbus yenidən "Evin" həbsxanasına qaytarılıb.
Metbuat.az xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Mehdi Mahmoudian "Telegram" kanalında məlumat yayıb.
O bildirib ki, məhbuslar xəbərsiz şəkildə 7 və 8-ci korpuslara yerləşdirilib. Köçürülmə zamanı təhlükəsizlik əməkdaşları ölüm hökmü almış siyasi məhbusları digərlərindən ayırmağa çalışıb ki, bu da etirazlara və bir neçə fəalın döyülməsinə səbəb olub.
İran məhkəmə sisteminə bağlı “Mizan” xəbər agentliyi həbsxananın bəzi hissələrinin fəaliyyətini bərpa etdiyini təsdiqləyib, lakin köçürülən məhbusların sayı və şərait barədə açıqlama verməyib.
İsrailin raket zərbəsi nəticəsində 71 nəfər, o cümlədən mühafizəçilər, məhbuslar və ziyarətçilər həlak olub, həbsxananın bir neçə korpusu, tibbi məntəqəsi və görüş zalı dağıdılıb.
Oxşar xəbərlər

700-dən çox maşın postlardan geri qaytarıldı
Son Xeberler

542 maşın postlardan geri qaytarıldı
Son Xeberler

İsrailin Suriyədəki Hərəkətlərinə Hizbullahın Sərt...
Son Xeberler

Ronaldodan "Torino"nun qapısına möhtəşəm qol -
İdman Xəbər

Yüz Minlərlə Lübnanlı Evlərinə Qayıdır
Son Xeberler

"Türkiyə tələb olunarsa, Suriyaya dəstək verəcək"...
Bugun.az