🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
8 abunə

İsrailin İrana Cavabı: ABŞ-la Razılaşma Var, Amma...

15.10.2024 18:25 23 baxış sayı 2 dəq. oxuma
İsrailin İrana Cavabı: ABŞ-la Razılaşma Var, Amma...

İsrail hökuməti İrana cavab hücumu hazırlayır, lakin bu hücumun hədəfləri artıq müəyyənləşib və ABŞ-la razılaşdırılıb.


İsrail Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə danışarkən İranın hərbi obyektlərini vurmağa hazır olduqlarını bildirib, lakin hücumun vaxtı hələlik gizli saxlanılır.


Xarici KİV-dən alınan məlumata görə, İsrail mümkün cavab hücumunda İranın nüvə obyektlərini və neft emalı zavodlarını hədəf almayacaq.


ABŞ-ın "Washington Post" qəzeti İsrail Baş nazirinin bu təminatı 10 oktyabrda ABŞ Prezidenti ilə telefon danışığı zamanı verdiyini iddia edib. Telefon danışığında Bayden Livandakı mülki vətəndaş itkilərinin minimuma endirilməsini istəyib.


Netanyahu Baydenə İranın neft və nüvə obyektlərini deyil, hərbi hədəfləri vurmağa hazır olduqlarını bildirib. Planlaşdırılan cavab tammiqyaslı müharibənin qarşısını almağa yönəlmiş məhdud əks-hücum təşkil edəcək.


ABŞ Prezidenti Co Bayden İsrailin nüvə obyektlərinə mümkün hücumunu dəstəkləməyəcəyini açıq şəkildə bildirib.


Amerikanın "Wall Street Journal" qəzetinin yazdığına görə, noyabrın 5-də baş tutacaq ABŞ seçkilərindən əvvəl Yaxın Şərqdə baş verə biləcək genişmiqyaslı müharibənin qarşısını almaq Bayden üçün kritik məqsədə çevrilib.


Analitiklər İsrailin İranın neft obyektlərinə hücum etməsinin enerji qiymətlərini artıracağını, ölkənin nüvə tədqiqat proqramına hücumun isə gərginliyi daha da artıracağını və ABŞ-nin birbaşa hərbi müdaxilə riskini doğuracağını deyirlər.


Məsələ ilə yaxından tanış olan mənbəyə görə, Netanyahu təhlükəsizlik kabinetini toplayaraq mövcud variantları müzakirə edib, lakin kabinetindən hücum üçün rəsmi təsdiq istəməyib və hücumun vaxtı qəsdən qeyri-müəyyən saxlanılıb.


Vaşinqton mərkəzli "Brookings İnstitutu"ndan Natan Saksın sözlərinə görə, Təl-Əviv cavab hücumunda İrana ciddi ziyan vurmaq istəyir.


Paylaş: