🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
9 abunə
Son Xeberler
Son Xeberler
9 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Bugun.az
Bugun.az
9 abunə

“İslam iqtisadiyyatı və maliyyəsinə ümumi baxış” mövzusunda təlim keçirildi - FOTO

24.02.2025 14:25 7 baxış sayı 2 dəq. oxuma
“İslam iqtisadiyyatı və maliyyəsinə ümumi baxış” mövzusunda təlim keçirildi - FOTO

22-23 fevral 2025-ci il tarixlərində Kiçik və Orta Biznesin inkişafı Agentliyinin Bakı KOB evində İqtisadi Resursların Öyrənilməsi ictimai birliyinin (SER) və Türkiyənin İslam İqtisadiyyatı Araşdırma Mərkəzinin (İKAM) birgə tərəfdaşlığı və “Alizadeh” şirkətinin təşkilati dəstəyi ilə 2 günlük “İslam iqtisadiyyatı və maliyyəsinə ümumi baxış” mövzusunda sertifikatlı təlim proqramı keçirilib.

Metbuat.az xəbər verir ki, tədbirə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri i.f.d. Ruslan Atakişiyevin açılış nitqiylə başlanılıb. Sonra söz “Alizadeh” şirkətinin direktoru Kazım Mustafazadəyə verilib.

Təlim 2 modulda təşkil olunub. I modulda Mərmərə Universiteti İslam İqtisadiyyatı və Maliyyəsi İnstitutunun dosenti, Dr. Murat Yaş bir gün ərzində İslam maliyyə alətləri olan İcara, Murabaha, Muşarəkə, Mudarəbə, Salam, İstisna, Vəkalətə toxunub O, həmçinin İslam istiqrazları olan Sukuk, İslam törəmə maliyyə alətləri, London, Dubay, Malayziya Fond bazarlarında İslam qiymətli kağızlarının alqı – satqısından danışıb.

Tədbirin ikinci günü keçirilən II modulda isə İKAM-ın direktoru Dr. Melih Turan Türkiyədə İslam bankçılığının mövcud vəziyyətinə, İslam Fintexlərinə yer ayırıb. Burada İslam banklarının rəqəmsal həllərinə, mobil tətbiqlərinə, Kraudfandinq, e-ticarət ödəmə sistemlərinə, Halal pay, elektron kassa, mobil investsiya kimi Fintex alətlərinə diqqət yetirilib.

Tədbirin müzakirəsi zamanı yuxarıda sadalanan məhsulların tətbiqi imkanları müzakirə olunaraq bu istiqamətdə bir sıra şirkətlərin açılması təklif olunub.

Tədbirdə 30-a yaxın müxtəlif qurumlardan maliyyəçi, bank işciləri, elmi işcilər, sahibkarlar iştirak edib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub, xatirə şəkli çəkdirilib.

Paylaş: