Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

İlkin Hüseynova nazirlikdə vəzifə verildi

24.01.2025 13:25 123 baxış sayı 1 dəq. oxuma Metbuat
İlkin Hüseynova nazirlikdə vəzifə verildi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji inkişaf və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Metbuat.az xəbər verir ki, bu vəzifə İlkin Hüseynova həvalə edilib.

İ.Hüseynov Bakı Dövlət Universitetində iqtisadi kibernetika ixtisası üzrə bakalavr təhsili alıb. Naples Federico II Universitetində iqtisadiyyat və maliyyə üzrə, Sorbonna Universitetində isə tətbiqi iqtisadiyyat üzrə magistratura dərəcəsinə yiyələnib. Viktoriya Vellinqton Universitetində iqtisadiyyat üzrə doktorantura təhsili alıb, fəlsəfə doktorudur.

10 ildən çox iş təcrübəsinə malik İ.Hüseynov ölkənin bank sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışıb.

N
Sosial media redaktoru

Sosial media və rəqəmsal trendlər haqqında yazıram. Platformaların alqoritmləri necə dəyişir və bu bizə necə təsir edir - mənim əsas mövzularım.

Bütün məqalələrə baxın
Paylaş: