
İlham Novruzov vəzifədən azad edildi

"8 №-li Avtomobil Yollarının Yaşıllaşdırılması" Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru İlham Novruzov vəzifəsindən azad edilib.
Metbuat.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov əmr imzalayıb.
MMC-nin baş mühasibi Səmayıl Ramazanov quruma direktor əvəzi təyin edilib.
Qeyd edək ki, "8 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması" MMC-nin direktoru İlham Novruzov Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən avtomobil yolu üzərindəki 88 min manat dəyərində olan çoxsaylı ağacların rayon sakini Anar Hüseynov tərəfindən qanunsuz olaraq kəsilməsini təşkil etməsinə, bununla da ağacların bioloji inkişafına mənfi təsir göstərən nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib. Hər iki şəxs barəsində cinayət işi açılıb və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər

SON DƏQİQƏ: Siyavuş Novruzov vəzifəsindən istefa v...
Son Xeberler

Prezident bu şəxsi yüksək vəzifədən
MədənçiXəbər

Siyavuş Novruzovun qardaşı vəzifədən azad olundu
Son Xeberler

Prezident İlham Əliyev Siyavuş Novruzovla bağlı
Son Xeberler

Səkkiz prokurorluq işçisi vəzifədən azad edildi -
Son Xeberler

4 nazir vəzifədən azad edildi -
Son Xeberler