Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

Hərbi xidməti başa vuranların nəzərinə

09.07.2025 09:25 32 baxış sayı 2 dəq. oxuma Metbuat
Hərbi xidməti başa vuranların nəzərinə

Dövlət Sərhəd Xidmətinin (DSX) struktur qurumlarında və hərbi hissələrində dövlət sərhədinin mühafizəsi və müdafiəsi tapşırıqlarının icrası zamanı fərqlənmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları Silahlı Qüvvələrin ehtiyatına buraxılıblar.

Bu barədə Metbuat.az-a DSX-dən məlumat verilib.

Tədbirlərdə hərbi hissənin Döyüş bayrağı sıra meydanına gətirildikdən sonra Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı sərhədçilərin hərbi anda sadiq qalaraq, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Dövlət Sərhəd Xidməti qarşısında qoyduğu tapşırıqları böyük məsuliyyətlə yerinə yetirdikləri, xidmət dövründə nizam-intizamlı olduqları və dövlət sərhədində xidmət aparmaqdan qürur duyduqları xüsusi vurğulanıb.

Hərbi qulluqçulara Vətənə şərəfli xidmətlərinə görə təşəkkür edilib, gələcəkdə onların cəmiyyətimizə layiqli vətəndaş olmaları arzulanıb.

Ehtiyata buraxılan hərbi qulluqçular xidmət dövründə qazandıqları müsbət vərdiş və keyfiyyətlərə görə minnətdarlıqlarını bildirilib.

Tərbidlərin sonunda xatirə fotoşəkli çəkilmiş və hərbi qulluqçular təntənəli şəkildə yola salınıb.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: