Hərbi hissələrdə əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Ölkəmizdə qış mövsümündə havaların soyuq keçməsi ilə əlaqədar mövsümi xarakter daşıyan respirator virus infeksiyalarına yoluxma hallarının artması müşahidə olunur. Bununla əlaqədar adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub.
Bu barədə Metbuat.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, hərbi hissələrin qapalı və ictimaiyyətlə məhdud ünsiyyət şəraitində olması komandir-rəis heyəti və hərbi tibb personalı tərəfindən hərbi qulluqçuların sağlamlığının qorunması məqsədilə effektiv qabaqlayıcı tədbirlərin keçirilməsinə imkan yaradır.
Şəxsi heyətlə maarifləndirici söhbətlərin aparılması, onlara düzgün qidalanma və fərdi gigiyena qaydalarının, gündəlik fəaliyyətlər zamanı kompleks profilaktik tədbirlərin vacibliyinin çatdırılması sayəsində yoluxma hallarının qarşısının alınması təmin edilir.
Respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə görülən tədbirlərin effektivliyinin təmin edilməsini nəzərə alaraq ictimaiyyətdən hərbi qulluqçularımızın sağlamlığına həssaslıqla yanaşmağı, qeyd olunan məhdudiyyəti anlayışla qarşılamağı və hərbi hissələrə gəlməməyi xahiş edirik.
Oxşar xəbərlər
Bu məhdudiyyət aradan qaldırılır -
Son Xeberler
Azərbaycanda əsgərlik 2 il olacaq? - AÇIQLAMA
Son Xeberler
Müdafiə Nazirliyi Sürücü Axtarır!
Bugun.az
İnternetə qoyulan məhdudiyyət bitdi!
Son Xeberler
Quş əti ilə bağlı bu şirkətlərə qadağa qoyuldu
Bugun.az
Orduda sürücü işləmək istəyənlər üçün VAKANSİYA
Bugun.az