
Həmin FHN polkovniki azadlığa çıxmaq istəyir

Xidməti otağında çəkdiyi intim videolarla gündəmə gələn polkovnik Zaur Mirzəyev cəza müddətinin axırına kimi həbsdə qalmaq istəmir.
Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, o vaxtından əvvəl cəzadan azad edilməsi üçün məhkəməyə müraciət edib.
Məhkum ərizəsində cəzaçəkmə müəssisəsinin müsbət rəyini də nəzərə alaraq 3 il 3 aylıq həbs cəzasının qalan 2 ayının şərti hesab edilməsini xahiş edib.
Amma məhkəmə onun müraciətini rədd edib, həbsinin davamına qərar verilib.
Maraqlıdır ki, polkovnik bu ilin mayında da azadlığa buraxılması üçün məhkəməyə müraciət etmişdi. Lakin məhkəmə qərarını elan etmədən Mirzəyev ərizəsini geri götürmüşdü.
Qeyd edək ki, Z.Mirzəyev Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi olub. O, xidməti otağındakı intim videolar qalmaqlından sonra həbs edilib.
Oxşar xəbərlər

Vilayət Eyvazov polkovniki işdən çıxardı
Son Xeberler

Həbsdə olan şəhid valideynləri azadlığa buraxıldı...
Son Xeberler

Şəmsi Səmədzadə azadlığa buraxıldı
Bugun.az

Üç polkovnikə yüksək vəzifə verildi
Bugun.az

DİN-dən şəhid ailəsinə kobud davranan polislə bağl...
Son Xeberler

Fədayə: “Laçın da mənim kimi azadlığa çıxdı...”
Son Xeberler