Bugun.az Kanal loqosu
Bugun.az
11 abunə

HƏMAS-ın əsirliyindən xilas edilən şəxs danışdı

20.02.2025 11:25 107 baxış sayı 1 dəq. oxuma Metbuat
HƏMAS-ın əsirliyindən xilas edilən şəxs danışdı

HƏMAS və İsrail arasında əsir mübadiləsi zamanı azad edilən israilli Agam Berger qruplaşma üzvlərinin onlarla yaxşı rəftar etdiyini ifadə edib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, HƏMAS əsirlikdə olan zaman ona və dostlarına dini ayinləri yerinə yetirmək və Pasxa bayramını qeyd etmək üçün istədikləri hər şeyi verib. Agam Berger İsrailin "Yediot Ahronot" qəzetinə bildirib ki, Qəzza zolağında əsir olduğu müddətdə “Qəssam Briqadaları”nın üzvləri ona müxtəlif əşyalar, o cümlədən yəhudilərin gündəlik dua kitabı sayılan "Siddur" kitabını verib. “Qassam Briqadaları” üzvlərinin bu əşyaları onlara paylamasından təəccübləndiklərini ifadə edən Berger, istəklərinin yerinə yetirildiyini ifadə edib. Berger, dostları ilə birlikdə yəhudi bayramlarının tarixlərini radio və televiziyadan izləyərək müəyyən etdiyini, Pasxa bayramını qeyd edə bildiklərini ifadə edib.

O, əsirlikdə olanlara hörmət edildiyini ifadə edib.

G
E-ticarət redaktoru

Elektron ticarət və rəqəmsal marketinq mövzularında ixtisaslaşmışam. 5 ildir ki, onlayn biznes trendlərini izləyir və bu barədə yazıram.

Bütün məqalələrə baxın
Paylaş: