Hədəf Liseyinin balabilgələri Yaşat Fonduna 10 000 AZN vəsait topladı
Hədəf STEAM Liseyində 3-cü “HəmÜrək” xeyriyyə yarmarkası baş tutub.
Metbuat.az xəbər verir ki, Hədəf STEAM Liseyinin Nəsimi Korpusunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan “Həmrəy Ürəklər” – “HəmÜrək” xeyriyyə yarmarkası keçirilib.
Hədəf konseptinə əsasən təşkil edilən “HəmÜrək” xeyriyyə yarmarkasında hər sinif bir ölkəni təmsil edərək həmin ölkənin mədəniyyət, mətbəx və tarixini, müxtəlif dərslərdə, dərnəklərdə hazırladıqları əl işləri və atributları həm özlərinə, həm də qonaqlara sərgiləyiblər. Hər ölkəyə aid rəqs nömrələri də balabilgələr tərəfindən həvəslə ifa edilib.
“Xəzər band” musiqi qrupu, müğənnilər Tofiq Hacıyev, Vlada Axundova və Cavidan Fatehi tədbirimizdə iştirak etməklə balabilgələrimizə bu xeyriyyə işində dəstək olublar.
Hər sinif təmsil etdiyi ölkənin milli adət-ənənələri, yeməkləri, əl işləri, atributları, rəqsləri ilə çıxış edib. Siniflərin ölkələr üzrə hazırladıqları rəqs nömrələri maraqla izlənib.
Valideynlərimizin bu prosesdə yanımızda olması alqışlanılası haldır! Əməyi keçən hər kəsə təşəkkür edirəm! Birlikdən güc doğar deyirlər!
Balabilgələrin, müəllimlərin və valideynlərin aktiv iştirak etdiyi yarmarka gələn qonaqların da diqqətini çəkib.
Qeyd edək ki, “HəmÜrək” xeyriyyə yarmarkası artıq üç ildir ki, keçirilir. Yarmarkadan əldə olunan vəsait “Yaşat” fondu, qocalar və körpələr evinə ianə edilir.
Oxşar xəbərlər
Lisey balabilgələri Yaşat Fonduna 10 000 AZN vəsai...
Bugun.az
Müdafiə Nazirliyi “YAŞAT” Fonduna vəsait köçürüb
Son Xeberler
Silahlı Qüvvələrə Yardım Fonduna yığılan vəsaitin...
Son Xeberler
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsait...
Son Xeberler
“YAŞAT” Fonduna rəhbər təyin edilib
Son Xeberler
Ordu üçün toplanan pul
Son Xeberler